ŞANLI ORDUM



Azadlığı bayraq edib,
Öz ömrünü çıraq edib,
İntiqamı yaraq edib,
Tarix yazır şanlı ordum.



Komandanı Qorqud kimi,
Döyüşkəndir Boz Qurd kimi,
Öz yarası, öz həkimi,
Tarix yazır şanlı ordum.



Qürur verir rəşadəti,
Qəlb göynədir şəhadəti,
Olub xalqın fəxarəti,
Tarix yazır şanlı ordum.



Düşmən qorxaq, həm də məlun,
Azıb izin, azıb yolun.
Çırmalayıb əlin, qolun,
Tarix yazır şanlı ordum.



Qoy nə deyir deyən desin,
Hansı sifət geyir geysin.
Ucaldaraq zəfər səsin ,
Tarix yazır şanlı ordum.




Təvəkkül Goruslu. 2020
www.kafiye.net