QORXAQDIR ADIN

Düşünmə , bu yerdə diri qalarsan ,
Obamda, yurdumda məskən salarsan,
Ölümdür qismətin, onu alarsan ,
Qurd – quşa yem olar burda cəsədin!

Şəhadət, şəhidlik türkün məqamı,
Qorxaqlar, alçaqlar içməz bu camı,
Ay nadan binəva özünü tanı,
Səni məhv edəcək torpaq həsədin.

Gah sağdan, gah soldan ağız atırsan ,
Özün öz qanında itib batırsan,
Nə vaxtdır dünyaya qadın satırsan,
Aləmə əyandı sənin məqsədin.

O türkdür, cəng etsə çox uzaq gedər,
İz qoysa torpağı yurd, vətən edər.
Türkün torpağında oynama hədər,
Sənin öz başında çatlar fəsadın.

Teymur qurutmadı tumunu sənin,
Başına yıxmadı damını sənin,
Gözündə qoyacam kamını sənin,
Sənin ki, şərəfsiz qorxaqdır adın.

Tarixən türkləri yedin barındın,
Firəngə yarındın, rusa yarındın,
Fəryadla dünyaya yazıq sırındın,
Xainlik, qəhbəlik sənin xislətin!



Təvəkkül Goruslu. 17. 07. 2020
www.kafiye.net