GƏLƏCƏK DÜNYAYA BU GÜN

Dünyanın haqsızlıq yükün çəkməkçün,
Zalımın, zül (ü)mün gözün tökməkçün,
Şeirdən qəlblərə köynək tikməkçün,
Bir şair gələcək dünyaya bu gün!

Tale atəşində alışmış yanmış,
Qürurun gözləmiş, durub dayanmış,
Siması işığa, nura boyanmış,
Bir şair gələcək dünyaya bu gün!

Nə qədər canı var elim söyləyən,
Vətənim söyləyən, dilim söyləyən,
İlin yola salan, ilin əyləyən,
Bir şair gələcək dünyaya bu gün!



Təvəkkül Goruslu.
www.kafiye.net