YAZIQ

Dörd divar var, bir də qapı, pəncərə,
Boylana – boylana baxana yazıq.
Havası, nəfəsi dönüb xəncərə,
Alana, ciyərə taxana yazıq!

Oturub evində, küncün birində,
Fikirdən heykələ dönən yerində,
Özünü ələmdə tapan dərində,
Qadağa, karantin yıxana yazıq!

Gözə görünməyən mutant yağının,
Zülmünün zirvədə olan çağının,
Çoxdan çiçəkləyən baxça, bağının
“Karona ” , “covidi” yaxana yazıq!

Dünya ki, dəyişir, geriyə dönür,
Bəşərin üstünə min bəla enir,
Zalımı artdıqca, işığı sönür,
Zillətdə qalana, çıxana yazıq!

Təvəkkül, darıxma, şükür, səna et,
Nə etsən ədalət, iman yana et,
Yorulma, usanma, durma yenə et ,
Demə rəiyyətə, nə xana yazıq.



Təvəkkül Goruslu. 09. 07. 2020
www.kafiye.net