EDƏK TƏZİM


O gözləri geniş açın,
Müqəddəsdir bu torpağım.
Üstündəki hər ağacın,
Budağında hər yarpağım.



Göyə baxın, yerə baxın,
O zirvələr müqəddəsdir.
Çaya düşən axın – axın,
O dərələr müqəddəsdir!



Bir addım da atmam geri,
O ormanlar müqəddəsdir!
Dədələrin ovlaq yeri,
Həm xırmanlar müqəddəsdir!



Müqəddəsdir daşı, qumu,
Zərrə – zərrə vətən olan.
Müqəddəsdir dəni, tumu,
Mənə qalan, sənə qalan.



Sinəsində müqəddəsdir ,
Lalə olan şəhid qanı.
Səmasında müqəddəsdir,
Hər açılan sübhü, danı.



Bu müqəddəs ölkəmizin,
Varlığıyla qürur dindi.
Sərhədinə edək təzim,
Keşikçisi bizik indi.



Sərhədçilərimizi ürəkdən təbrik edirəm!



Təvəkkül Goruslu. 19. 08. 2020
www.kafiye.net