Kategoriler

Arşivler

Təvəkkül Goruslu Kategoriler

Tarih 13 Kas 2020 Kategori: Təvəkkül Goruslu

OLACAQ TURAN

OLACAQ TURAN Allahım nə yaxşı gördük bu günü, Hər kəsin bir ağır nisgili vardı. Hərə bir yol ilə çəkdi sürgünü, Qəlblər susqun idi, könül qubardı. İşğalı kim sorsa , xitab eyləsə, Deyərdim, “ruslar var, yoxdur çözümü “.Erməni fitnəkar, ruslar hiyləsə, Bir kimsə duymazdı başqa sözümü. Amma ki, ordumun rəşadətiylə, Qayıdır torpaqlar, ocaq, yurd yeri. Fədakar […]

Tarih 13 Kas 2020 Kategori: Təvəkkül Goruslu

ƏSGƏRİM

ƏSGƏRİM Dünya bəhs eləyir cəsarətindən,Şəhadət şərbəti içən əsgərim!Dastanlar yazılır şücaətindən,Tarixə qanıyla köçən əsgərim! Bir əlində silah, birində bayraq,Zirvələr fəth edən fateh əsgərim.Əzminlə azaddır indi Qarabağ,Ordular cənginə valeh əsgərim! İllərdir gözlənən qalibiyyəti,Xalqına bəxş edən qalib əsgərim.Zəfərlə qazanan əbədiyyəti,Eşqiylə Vətənə talib əsgərim. Canıyla azadlıq toxumu səpib,Qanıyla suvaran şəhid əsgərim.Torpağa , elinə yurduna həbib,Komandan yanında mürid əsgərim! Yağmurda […]

Tarih 6 Kas 2020 Kategori: Təvəkkül Goruslu

OTUZ İL

OTUZ İL Otuz il əzirdi baxışlar məni, Otuz il gəzirdim başı aşağı. İstehza edirdi alçaq erməni, Gülürdü üstümə iti, uşağı. Otuz il bilmədim dadın həyatın, Vətənsiz hər anım əzdi qəlbimi. Otuz il həsrətin çəkdim boyatın, Yanğıyla gözlədim qisas hərbimi. Otuz il ay deyil, deyilir dilnən, Otuz il illərin otuz mislidi. Qisası alanım körpəykən gələn, Elimin […]

Tarih 6 Kas 2020 Kategori: Təvəkkül Goruslu

BUDUR AZƏRBAYCAN

BUDUR AZƏRBAYCAN Zalimə cəsarət meydan oxuyur, Budur Azərbaycan, budur əzəmət! Alınan hər nəfəs zəfər qoxuyur, Budur Azərbaycan, budur əzəmət! Milləti onurlu, komandan huşəng, Əsgəri qürurlu, qorxusuz pələng, Qələbə marşıyla bitəcək bu cəng, Budur Azərbaycan, budur əzəmət! Xalqları birləşib yumruğa dönür, Qəlblərdə, könüldə heyratı dinir, Bayrağı önündə bayraqlar enir, Budur Azərbaycan, budur əzəmət! Rəşadət çələngi hörən […]

Tarih 4 Kas 2020 Kategori: Təvəkkül Goruslu

ÇƏKİL

ÇƏKİL Çəkil duman, çəkil həmən, Zirvələrə bayraq gəlir! Ayaqdadır düşmən gömən, İndi başqa növraq gəlir. Çəkil duman, çəkil həmən, Qartallarım yağı gəzir.Şimşək kimi odur enən, Yol, irizdə düşmən əzir! Çəkil duman, çəkil həmən, Həsrət qalan gözlər doysun. Ordum gəlir, qisas əmən,Laçın duysun, Şuşa duysun! Çəkil duman, çəkil həmən, Qarabağdan nigaranıq. Bir söylədim, bir də deməm,Biz […]

Tarih 26 Eki 2020 Kategori: Təvəkkül Goruslu

OLAQ

Qubadlının azad edilməsi münasibətilə (Azərbaycan Ordusuna eşq olsun! ) OLAQ Səni tərk edəndə, səndən gedəndə, Arxaya həsrətlə dönüb baxmışdıq . Ürəyin yerinə sınmış bədəndə,Götürüb çaylağın daşın taxmışdıq! Gedən bizlər idik, qalan leyləklər, Bir də ki, yellənən qara çinarlar. Gövdəsin döydükcə dəli küləklər, Bilirdik xiffətə dözməz, sınarlar! İndisə dönürük köksündə sənin, Çağlayan, döyünən ürək olmağa. Çəkilir […]

Tarih 21 Eki 2020 Kategori: Təvəkkül Goruslu

HEYKƏL QOYULSUN

Möhtərəm prezidentimiz, ali baş komandan İlham Heydər oğlu Əliyevə ithaf edirəm. HEYKƏL QOYULSUN Bir səhər orduya “qalx ” əmri verdin, “Vur “dedin, “qov ” dedin alçaq yağını. Bir bilsən o andan ürəyə girdin, Qəlblərdə tikdirdin ” Zəfər Tağını “! Çoxdandı durmuşdu əmrə müntəzir, Ordumuz işarə, hay gözləyirdi. Xalqımız pirlərə verirdi nəzir, İşğalda” ulduzlu ay ” […]

Tarih 19 Eki 2020 Kategori: Təvəkkül Goruslu

BABAM DEYİRƏM

BABAM DEYİRƏM Bütöv türk dünyasının lideri Rəcəb Tayyib Ərdoğana həsr edirəm. Sən türkün oğlusan, ər oğlu ərsən , Atatürk timsallı igidsən, babam! Adın Ərdoğandı, doğana əhsən, Zalimə, zülümə təhdidsən, babam! Sən türkün oğlusan, Mehmet torunu, Sultanlıq boyuna biçilib sənin. Sən varsan millətin yoxdur sorunu, Xalqına dayaqsan, xalqdır güvənin. Sayəndə Qarabağ azad edilir, Türkiyəm dünyanın önündə […]

Tarih 18 Eki 2020 Kategori: Təvəkkül Goruslu

BAYRAĞIM

BAYRAĞIM Əsgərim zirvəyə çəkib tikdikcə, Zəfəri xalqımla bölür bayrağım. Küləklər hüsnünə sığal çəkdikcə, Sevinir bayrağım, gülür bayrağım! Qəlbləri titrədən çırpıntısıyla, İşğalı tarixdən silir bayrağım! Ulduzu, hilalın parıltısıyla, Düşmənin bağrını dəlir bayrağım! Döyüşkən biləklə, əllə ucalıb, Qucağın orduma açır bayrağım! Nurunu parlayan günəşdən alıb, Şəfəqin yurduma saçır bayrağım! Bu elin, bu yurdun əzmi, vüqarı, Şəhidlik yaramı […]

Tarih 12 Eki 2020 Kategori: Təvəkkül Goruslu

ŞANLI ORDUM

ŞANLI ORDUM Azadlığı bayraq edib, Öz ömrünü çıraq edib, İntiqamı yaraq edib, Tarix yazır şanlı ordum. Komandanı Qorqud kimi, Döyüşkəndir Boz Qurd kimi, Öz yarası, öz həkimi, Tarix yazır şanlı ordum. Qürur verir rəşadəti, Qəlb göynədir şəhadəti, Olub xalqın fəxarəti, Tarix yazır şanlı ordum. Düşmən qorxaq, həm də məlun, Azıb izin, azıb yolun. Çırmalayıb əlin, […]