BABAM DEYİRƏM


Bütöv türk dünyasının lideri Rəcəb Tayyib Ərdoğana həsr edirəm.



Sən türkün oğlusan, ər oğlu ərsən ,
Atatürk timsallı igidsən, babam!
Adın Ərdoğandı, doğana əhsən,
Zalimə, zülümə təhdidsən, babam!


Sən türkün oğlusan, Mehmet torunu,
Sultanlıq boyuna biçilib sənin.
Sən varsan millətin yoxdur sorunu,
Xalqına dayaqsan, xalqdır güvənin.


Sayəndə Qarabağ azad edilir,
Türkiyəm dünyanın önündə durub.
Siyah qaranlıqlar danla didilir,
Şanlı bir səhərə dönəcək qürub!


Səsindir cahanı lərzəyə salan,
Qartal baxışların şimşək misalı.
Dahilər sətrəncdə önündə yalan,
Bəxş etdin bizlərə yurdla vüsalı.


Nə bir avropalı, nə bir sorislu,
Duramaz önümdə zireh geyirəm.
Azəri türküyəm, özüm Goruslu,
Lütf ilə mən sənə babam deyirəm!


Təvəkkül Goruslu. 2020
www.kafiye.net