OTUZ İL


Otuz il əzirdi baxışlar məni,
Otuz il gəzirdim başı aşağı.
İstehza edirdi alçaq erməni,
Gülürdü üstümə iti, uşağı.


Otuz il bilmədim dadın həyatın,
Vətənsiz hər anım əzdi qəlbimi.
Otuz il həsrətin çəkdim boyatın,
Yanğıyla gözlədim qisas hərbimi.



Otuz il ay deyil, deyilir dilnən,
Otuz il illərin otuz mislidi.
Qisası alanım körpəykən gələn,
Elimin böyüyən təzə nəslidi.


İndi qurtuluram, orduma şükür,
Daha utanmıram məğlublar kimi.
Əsgərim önündə yağı diz çökür,
Dünya da hiss edir gücü, çəkimi.


Azad edildikcə kəndim, şəhərim,
Təbriklər alıram gündə bir çətən.
Sancılan bayraqlar silir qəhərim,
Şükür ki, işğaldan qurtulur vətən!



Təvəkkül Goruslu. 2020
www.kafiye.net