FƏQƏT


Çox şükür Şuşamız əmin əllərdə,
Bəllidir gücü də Ordumun şayət!
Ürəkdə şübhələr, dua dillərdə,
Rahatlıq verməyir əndişə, fəqət!


Erməni yandırır yurdu, ocağı,
Dağıdır, məhv edir hər bir bucağı,
Sülh deyən görmürsə qaranı, ağı,
Rahatlıq verməyir əndişə , fəqət!


Rahatca tərk etsin yağı əbləhə,
On gün də üstündən vaxt verdik daha,
Düşüncə ümidi qalıbdı gaha,
Rahatlıq verməyir əndişə, fəqət!



Tarixən sülh olmur rus olan yerdə,
Hiyləsi, fitnəsi bükülü sirdə,
Çox güman bir azdan çəkilər pərdə,
Rahatlıq verməyir əndişə, fəqət!


Geriyə qayıtsın erməni deyə,
Gəldisə Laçına həm Xankəndiyə,
Xalqım torpağına durammaz yiyə,
Rahatlıq verməyir əndişə, fəqət!


Qafqaza bəladı şimaldan gələn,
İstəsən silaha, kəfənə bələn,…
İn şə Allah türk olar sonunda gülən,
Rahatlıq verməyir əndişə, fəqət!



Təvəkkül Goruslu Məmmədov. / 16.11.2020
www.kafiye.net