Möhtərəm prezidentimiz, ali baş komandan İlham Heydər oğlu Əliyevə ithaf edirəm.


HEYKƏL QOYULSUN


Bir səhər orduya “qalx ” əmri verdin,
“Vur “dedin, “qov ” dedin alçaq yağını.
Bir bilsən o andan ürəyə girdin,
Qəlblərdə tikdirdin ” Zəfər Tağını “!


Çoxdandı durmuşdu əmrə müntəzir,
Ordumuz işarə, hay gözləyirdi.
Xalqımız pirlərə verirdi nəzir,
İşğalda” ulduzlu ay ” gözləyirdi.


Nəhayət yetişdi sevincli o gün,
Oğullar intiqam, qisas geyindi.
İşğalçı yurdumdan olacaq sürgün,
Zəfərin ayağı yüyrək, yeyindi.


Ali baş komandan fürsət anını,
Gözləyib, gecikib fövtə vermədin.
Atanın öndərlik adı – sanını ,
Ucaltdın kimsəyə mətə vermədin.


Xalqın səninlədir, al Qarabağı,
Dirilsin kəndləri, həm şəhərləri,
Yansın yurd yerinin ocaq, çırağı,
Canlansın axşamı, həm səhərləri.


Dağlıq Qarabağın gözü Şuşada,
Qəvi düşmənlərin gözü oyulsun.
Bayraqla yanaşı bax elə orda.
Sərkərdə şəninə heykəl qoyulsun!


Təvəkkül Goruslu. 2020
www.kafiye.net