BUDUR AZƏRBAYCAN


Zalimə cəsarət meydan oxuyur,
Budur Azərbaycan, budur əzəmət!
Alınan hər nəfəs zəfər qoxuyur,
Budur Azərbaycan, budur əzəmət!


Milləti onurlu, komandan huşəng,
Əsgəri qürurlu, qorxusuz pələng,
Qələbə marşıyla bitəcək bu cəng,
Budur Azərbaycan, budur əzəmət!



Xalqları birləşib yumruğa dönür,
Qəlblərdə, könüldə heyratı dinir,
Bayrağı önündə bayraqlar enir,
Budur Azərbaycan, budur əzəmət!


Rəşadət çələngi hörən əsgəri,
Azadlıq yolundan qayıtmaz geri,
O mərdlik zirvəsi, ərlik sərvəri ,
Budur Azərbaycan, budur əzəmət!


Dirisi qazidir, şəhidi piri,
Ellikdi xeyiri, ellikdi şəri,
İstiqlal günəşi saçır hər yeri,
Budur Azərbaycan, budur əzəmət!


Təvəkkül Goruslu. 2020
www.kafiye.net