OLACAQ TURAN


Allahım nə yaxşı gördük bu günü,
Hər kəsin bir ağır nisgili vardı.
Hərə bir yol ilə çəkdi sürgünü,
Qəlblər susqun idi, könül qubardı.


İşğalı kim sorsa , xitab eyləsə,
Deyərdim, “ruslar var, yoxdur çözümü “.
Erməni fitnəkar, ruslar hiyləsə,
Bir kimsə duymazdı başqa sözümü.


Amma ki, ordumun rəşadətiylə,
Qayıdır torpaqlar, ocaq, yurd yeri.
Fədakar əsgərin şəhadətiylə,
Vətən bütöv olur, içdə dərd yeri.


Lakin, imperiya militar yöndə,
Sülhlə gəldiyini etsə də bəyan.
Harda ixtişaş var, durammır gendə ,
Xisləti, məramı hamıya əyan!


Nə yaxşı Türkiyəm, qardaşlarım var,
Mənfur qüvvələrin önündə duran.
Odur ki, birliyə olub da süvar,
Boylarım birləşib olacaq Turan!



Təvəkkül Goruslu. 12. 11. 20.
www.kafiye.net