Kategoriler

Arşivler

Metanet Duyĝulu Kategoriler

Tarih 11 May 2020 Kategori: Metanet Duyĝulu

Qəzəl

Qəzəl Ya Rəb, qıyma mənim könlümü viran etməyə,Ruhumu tərk edən ahı, dəxi əfğan* etməyə. Yaralı eşq mələyim bax, yeni pərvaz eləyir,İblisi çarmıxa çək, gəlməsin fiqan* etməyə. Eşqimin zülmətini, gəl götür fəraq* eylə,Bir ömür nurunu göndər gecəsin, dan* etməyə. Ətrini xoş eyləyib, ömrünü tez alma gülün,Bülbülə görmə rəva, bağrını al-qan etməyə. Qış edib xoş baharı, payızda […]

Tarih 20 Nis 2020 Kategori: Metanet Duyĝulu

SƏN

SƏN Əldə sivri qılınc, beldə ox, nizə,Durmusan qəlbimin keşiyində sən.Hərdən asta- asta ninni deyirsən,Mənə sevgimizin beşiyində sən. Qəlbimin sakini sən olan gündən,Nə dərd yaxın gəlir, nə də ki, kədər.Qartal tək şığıyan kimi üstünə,Dərd özü qorxudan düşür dərbədər. Elə vurmusan ki, polad qandalı,Həsrətin, hicranın dəmir qoluna.Sevgidən bəzənmiş güllər əkmisən,Bizim bu müqəddəs eşqin yoluna. Tikmisən alınmaz sevgi […]

Tarih 16 Nis 2020 Kategori: Metanet Duyĝulu

BİR GÜN BU DÜNYADAN KÖÇƏSİ OLSAM

BİR GÜN BU DÜNYADAN KÖÇƏSİ OLSAM Bir gün bu dünyadan köçəsi olsam,Arxamca deməyin, yazıq, ya nakam.Sevən ürəklərdə əbədi qalsam,Bilin ki, dünyadan almışam ta kam. Olsa da yollarım, daş, çınqıl, qaya,Sevgi yollarında baxın öndəyəm.Nə yaxşı gəlmişəm mən bu dünyaya,Müqəddəs bir eşqin zirvəsindəyəm. Bir eşqi arxamda qoyub gedərsəm,Qoymayın gözünü, kor eyləsin qəm.Özüm bu dünyadan köç də eyləsəm,Ona […]

Tarih 17 Mar 2020 Kategori: Metanet Duyĝulu

TANRININ QƏZƏBİ

TANRININ QƏZƏBİ Ey fani dünyanı lənətləyənlərDünyanın lənəti yox edir bizi.Min bir gözəlliyi, viran edənlər,Bir az təmizləyin ürəyinizi. Ey torpaq üstündə, qan tökən cəllad,Bir düşün bu dünya neçə bucaqdır.Tanrı silahını endirsə yerə,O torpaq səni lap tez udacaqdır. Qardaşı qardaşa düşmən edənlər,Dinləyin sizə də vardır bir sözüm.Sünnü- Şiyə deyib, ara qatırsan,Niyə bir virusa tapmırsam çözüm? Gecə də […]

Tarih 17 Mar 2020 Kategori: Metanet Duyĝulu

TƏNHA DURNA

TƏNHA DURNA Tənha durna, hansı eldən gəlmisən,Niyə tənha dayanmısan belə sən?Baxışların gah səmada, gah suda,Mənim kimi nigaransan deyəsən. Tənha durna, harda qoydun ordunu,Duman, çiskin qanadını yordumu?Hürkək-hürkək boynu bükük durmusan,Yoxsa, sən də itirmisən yurdunu? Tənha durna, gəl mənimlə dərdləşək,Bərabərcə həsrət bölüb dərd eşək.Sənin kimi mən də qərib olmuşam,Qoşul mənə, sən də daha gəzmə tək. Tənha durna, […]

Tarih 27 Şub 2020 Kategori: Metanet Duyĝulu

QOŞULUN SÖZ ORDUMA.

QOŞULUN SÖZ ORDUMA.(Bədahətən) Ey dünyaya hökm edənlər,Qalxıb yüksək kürsülərdən,Mənəm -mənəm deyənlər.Dinləyin bu sözlərimi,Mənim sözüm sizədir.Təəssüf bu gün haqla nahaqq,Bərabər, göz-gözədir. Neçə ildir torpaqların ,Qalıb düşmən əlində?Əzbər olub Qarabağın,Adı düşmən dilində.Söylə mənə nə etmisən?Getmisənmi Şuşaya,Ürəyindən köz qoparıb,Yaymısanmı dünyaya? Şəhidlərin al qanını,Anaların fəryadını,Basmısanmı bağrına?Yetim qalan körpələrin,Gözlərindən axan yaşı,Qatmısanmı ağrına?Gecə-gündüz düşünərək,Olmusanmı yuxusuz?Bircə günlük dərd çəkərək,Qalmısanmı ac-susuz? Bir anlıq […]

Tarih 21 Şub 2020 Kategori: Metanet Duyĝulu

ZAMAN SAATI

ZAMAN SAATI İnsan yaranan gündən,Ölümünə tələsib.Həyatın başı üstə,Zamanın yeli əsib.Gözümüz zillənibdirDaim vuran saata.Bilmirik ki, qənimdir,Saniyələr həyata.Doğulan gündən belə,Tələsirik irəli,Özümüz istəyirik,Əssin zamanın yeli. Evimizin bəzəyi,Olubdur böyük saat,Həm böyük, həm bəzəkli,Olsun ki, vursun rahat.Hələ qolumuzdakı,Saatlardan xəbər yox,Qızıl gümüşdən olsun,Ki, göz alsın daha çox.Gözlərimiz saatda,Tələsirik harasa,Götürür zaman bizi,Gah toya gah da yasa. Uşaq yorub zamanı,Bir az böyümək istər.Artar […]

Tarih 5 Şub 2020 Kategori: Metanet Duyĝulu

QƏLƏM

QƏLƏM İstədim dövrü yazım, tərsi fələk yazdı qələm,Dəryadır duyğularım, yazmaq üçün azdı qələm Açdım ki,söz bazarın, test eləyim doğru-düzü,Tüpürüb ağ kağıza, eşqə məzar qazdı qələm. Kimisi arı yeyib, namusunu tərk elədi,Suçunu onda görüb, söylədilər “bazdı”qələm. Nə qədər gör yazılıb dünyada, çox yaxşıya pis,Odur ki, dərdlilərin əllərində sazdı qələm. Yazsa da hər bir adam qəlbi, zehni, […]

Tarih 29 Oca 2020 Kategori: Metanet Duyĝulu

YARI ZARAFAT YARI GERÇƏK

YARI ZARAFAT YARI GERÇƏK SEVGİ BAŞLAYANDA Əziz yarım, vəfadarım,Gəl ol mənim ilk baharım.Sənsiz nəfəs də almaram,Mənim olsan qocalmaram.Viran olar könül sənsiz,Bülbül yaşamaz çəmənsiz.Eşqimə olmaz yalanım,Gəl başına mən dolanım.Qoyma sızlaya bu yaram,Bir ömürlük sənlə varam.Sənin üçün bu dünyada,Edərəm canımı fəda. QOVUŞANDA Əziz yarım canım mənim,Həm gülmsən həm çəmənim.Qurban ollam gözlərinə,Şirin-şirin sözlərinə.Olmusan evimin nuru,Tanrı bunu özün qoru.Sənlə […]

Tarih 26 Oca 2020 Kategori: Metanet Duyĝulu

ƏSL MƏHƏBBƏT

ƏSL MƏHƏBBƏT Dikilir səmaya gözlər hər axşam,Göydən üstümüzə ulduzlar yağır.Mələklər yandırıb milyonlarla şam,Salır önümüzə nurlardan cığır. Uçur başımızda sevgi mələyi,Dörd bir yanımıza salıb izləri.Alıb ağuşuna, üzərimizdən,Önləmək istəyir yaman gözləri. Başımız üstündə bəxt ulduzumuz,Parlayıb sevgiylə baxır göz-gözə.Bir zaman utanıb gizlənən ay daSevgiylə öpücük göndərir bizə. Sayrışan ulduzlar verib əl-ələ,Oynayıb, sevinclə yallı gedirlər.Sevgi mələkləri, səcdə eyləyib,Bizimçün Tanrıya […]