QƏLƏM


İstədim dövrü yazım, tərsi fələk yazdı qələm,
Dəryadır duyğularım, yazmaq üçün azdı qələm

Açdım ki,söz bazarın, test eləyim doğru-düzü,
Tüpürüb ağ kağıza, eşqə məzar qazdı qələm.

Kimisi arı yeyib, namusunu tərk elədi,
Suçunu onda görüb, söylədilər “bazdı”qələm.

Nə qədər gör yazılıb dünyada, çox yaxşıya pis,
Odur ki, dərdlilərin əllərində sazdı qələm.

Yazsa da hər bir adam qəlbi, zehni, əqli ilə,
Kiminə oldu dərin, kimlərə dayazdı qələm.

Qoruyub ruhumuzu, hörmət edək şeriyyata,
Çün ədəb aləminə, nəğmədi, avazdı qələm.

Nə olar haqqı yazıb, doğruları vəsf eləsək,
Hər zaman zənn elə ki, qıldığın namazdı qələm.

Duyğulu şükr eləyib Tanrısına, səbr elədi,
Odur ki, taleyini səbr ilə də yazdı qələm.




Müəllif.M.Duyğulu.
2016.
www.kafiye.net