Görüntünün olası içeriği: 1 kişi, dağ, gökyüzü, açık hava, doğa ve su



TƏNHA DURNA

Tənha durna, hansı eldən gəlmisən,
Niyə tənha dayanmısan belə sən?
Baxışların gah səmada, gah suda,
Mənim kimi nigaransan deyəsən.

Tənha durna, harda qoydun ordunu,
Duman, çiskin qanadını yordumu?
Hürkək-hürkək boynu bükük durmusan,
Yoxsa, sən də itirmisən yurdunu?

Tənha durna, gəl mənimlə dərdləşək,
Bərabərcə həsrət bölüb dərd eşək.
Sənin kimi mən də qərib olmuşam,
Qoşul mənə, sən də daha gəzmə tək.

Tənha durna, qoşul cənub yelinə,
Bahar gəlib, köç Qarabağ elinə.
Harda görsən boynu bükük bənövşə,
Dəstə bağla, tax o gözəl telinə.

Tənha durna, tənha durma gəl yenə,
Sərhədsizsən, apar məni vətənə.
Bayram gəlib, xonça tutub, ev quraq,
Papaq ataq, çölə, düzə, çəmənə.

Tənha durna, azmısansa sən yolu,
Yol göstərər indi sənə Duyğulu.
Dön vətənə, təkcə cənnət ordadır,
Nə olsun ki, dünyanın çoxdur qolu.

Müəllif.Metanet Duyğulu.
17.03.2019.
www.kafiye.net