Qəzəl

Ya Rəb, qıyma mənim könlümü viran etməyə,
Ruhumu tərk edən ahı, dəxi əfğan* etməyə.

Yaralı eşq mələyim bax, yeni pərvaz eləyir,
İblisi çarmıxa çək, gəlməsin fiqan* etməyə.

Eşqimin zülmətini, gəl götür fəraq* eylə,
Bir ömür nurunu göndər gecəsin, dan* etməyə.

Ətrini xoş eyləyib, ömrünü tez alma gülün,
Bülbülə görmə rəva, bağrını al-qan etməyə.

Qış edib xoş baharı, payızda verdinsə yazı,
Yetməsin şaxta-sazaq gülləri xəndan* etməyə.

Bir daha eşq sarayım, ta xərabə olsa əgər,
Gücü yetməz qələmin əsrari – nihan* etməyə.

Hər sabah əllərimi hey uzadıb dərgahına,
Dilərəm, dərdlərimi gəlməsin üsyan etməyə.

Sən ki, bilmisən rəva, Duyğulunun taleyini,
Leyli – Məcnun sayağı dillərə dastan etməyə.



Müəllif. Metanet Duyğulu.
11.05.2020

www.kafiye.net