Görüntünün olası içeriği: 1 kişi, dağ, gökyüzü, açık hava, doğa ve su




TANRININ QƏZƏBİ

Ey fani dünyanı lənətləyənlər
Dünyanın lənəti yox edir bizi.
Min bir gözəlliyi, viran edənlər,
Bir az təmizləyin ürəyinizi.

Ey torpaq üstündə, qan tökən cəllad,
Bir düşün bu dünya neçə bucaqdır.
Tanrı silahını endirsə yerə,
O torpaq səni lap tez udacaqdır.

Qardaşı qardaşa düşmən edənlər,
Dinləyin sizə də vardır bir sözüm.
Sünnü- Şiyə deyib, ara qatırsan,
Niyə bir virusa tapmırsam çözüm?

Gecə də gündüz də “korona” deyib,
Bir tozun əlində qalmısız aciz.
Küçələr, döngələr sahibsiz qalıb,
Ölümün önündə çökülübdü diz.

Dünyanı qorxudub, lərzə salanlar,
Bəs sizin qorxunuz nədəndir belə?
Gözlə görünməyən kiçik zərrədən,
Qorxub evinizdən çıxmırsız çölə.

O zərrə adi bir zərrə deyildir,
Məzlumun fəryadı, ahıdır yağır.
Ruhunmu inciyir, ağrıyırmı can?
Sən də əlini aç Allahı çağır.

Ey gözəl dünyanı məhv edən insan,
Neçə ki, gec deyil düşün dərindən.
Oynama dünyayla, Tanrı istəsə,
Dünyanı oynadar özü yerindən.

Siz ey bu dünyanı lərzə salanlar,
Bu virus Tanrıdan mesajdır sizə.
Batmasın əliniz nahaqq qanlara,
Bir az rəhm salın ürəyinizə.

Son qoyun, silaha, atom, nüvəyə,
Götürün dünyadan hər bir əzabı.
Bir göz qırpımında külə döndərər,
Tutarsa Tanrının sizə qəzəbi.


Müəllif. Metanet Duyğulu.
15.03.2020.
www.kafiye.net