Kategoriler

Arşivler

Metanet Duyĝulu Kategoriler

Tarih 18 Eki 2020 Kategori: Metanet Duyĝulu

QARABAĞ ŞİKƏSTƏSİ.

QARABAĞ ŞİKƏSTƏSİ. Xankənd, Şuşa ümüdlənib,Haqlı olan davadan.Xarı bülbül çiçək açıb,Qoxsu gəlir havadan. Yollarını bəzəyibdir,Qədim Şuşa qalası.Atlanaraq cıdır düzü,Çalır cəngi havası. Natavanın qəzəlləri,Cana gəlir ahəstə.Eşidilir Xanın səsi,Deyir Yanıq Şikəstə. Əzizinəm Qarabağ,Şəki, Şirvan Qarabağ.Yağı düşmən əlində,Qala bilməz Qarabağ. Bir səs gəlir Qarabağdan,Gah o dağdan, gah bu dağdan.Axşamüstü hey uzaqdan,Eşidilir qılınc səsi,Gəlir Koroğlu nərəsi.Yağış kimi yağır göydən,Qarabağın Şikəstəsi. […]

Tarih 7 Eki 2020 Kategori: Metanet Duyĝulu

KOMANDAN

Əziz dostlar, söz vermişdim ki, mən yalnız torpaqlarımız geri alınan zaman Dövlət Başçımız və Ali Baş Komandanımız İlham Əliyev cənablarına şeir yazacağam.Bu gün sözümü tutdum. KOMANDAN Əzəli düşmənə gələrək sinə, Tarix, İlham adı yazdı köksünə. Keçmişi, bu günü gələcək günə, Yazdı sətir-sətir, yazdı anba-an, Vətən xilaskarı əziz Komandan. Düşmən nə qədər də oynasa oyun, Heç […]

Tarih 21 Eyl 2020 Kategori: Metanet Duyĝulu

ELİNDƏN ALMA

ELİNDƏN ALMA Sənə yalvarıram uca yaradan, Duanı xalqımın dilindən alma. Götür bu möhnəti, dərdi aradan, Bircə tükünü də telindən alma. Gəl möhtac eyləmə mərdi namərdə, Yaxşılar düşməsin sağalmaz dərdə. Sevgiyə ibadət olunan yerdə, Rəhm elə bülbülə, gülündən alma. Ömrünə ömür qat çiçəkli yazın, Çəksin təbiətin nəvaziş-nazın. Lazımsa al canın gəlinin, qızın, Abır həyasını əlindən alma. […]

Tarih 6 Eyl 2020 Kategori: Metanet Duyĝulu

DÜNYA HARA GEDİR GÖRƏSƏN BELƏ.

DÜNYA HARA GEDİR GÖRƏSƏN BELƏ. Əzəlindən gizli tutub yaşını,Atıbdır çoxuna qara daşını.Yenə sərsəri tək alıb başını,Dünya hara gedir görəsən belə? Gömüb ağuşuna ər igidləri,Səpib yer üzünə nar-namərdləri.Verib məzlumuna ağır dərdləri,Dünya hara gedir görəsən belə? Yenə dodaqları qana susamış,Meylini cəhənnəm oduna salmış.Axı halallığı bizdən almamış,Dünya hara gedir görəsən belə? Atıb kürəyinə namusu, arı,Əzib taptalayıb əhdi-ilqarı.Salıb arxasınca […]

Tarih 5 Ağu 2020 Kategori: Metanet Duyĝulu

QARDAŞLIQ ÜÇBUCAĞI.

QARDAŞLIQ ÜÇBUCAĞI. Türkiyə.Əzəldən lərzə salıb,Tarixin yaddaşını.Qoymayıb terorizmin,Daş üstündə daşını. Bu şücaət bu cürət,Atatürkdən gəlibdir.Nərəsi düşmənlərin,Sinəsini dəlibdir. Haqq, ədalət səsini,Hər an ucaldıb göyə.Arxa dayaq olubdur,Qardaşına Türkiyə. Azərbaycan. Dostuna dost olubdur,Düşməninə amansız.Qılıncını çəkməyib,Düşmən üstə zamansız. Hər qapısın döyənə,Süfrə açıb deyib can.Canını qurban verib,Yaralı Azərbaycan. Kürəyini söykəyib,Hər zaman qardaşına.Bax beləcə yazılıb,Tarixin yaddaşına. PAKİSTANQaldırıb yüksəklərə,İslamın bayrağını.Qazanıbdır Tanrıdan,Hər zaman dayağını. […]

Tarih 27 Tem 2020 Kategori: Metanet Duyĝulu

OD, SU VƏ VİCDAN

OD, SU VƏ VİCDAN Bir gün, od, su və vicdan,Olaraq çox mehriban.Dostluğa verib qərar,Söhbət etdi o ki var. Dostlar dedi biz gərək,Bir az da dərk eyləyək.Əgər ki, itgin olsaq,Bəs sizi hardan tapaq? Od söylədi, siz məni,Bax bu yanan şöləni.Bilin hardan taparsız,Mən olmaram yuvasız. Harda isti yuva var,Orda tutaram qərar.Gəzərəm hər ocağı,Hər küncü hər bucağl. Su, […]

Tarih 9 Haz 2020 Kategori: Metanet Duyĝulu

DÜNYANIN SƏSİ

DÜNYANIN SƏSİ Dünyanın imtahan günü başlayıb,Hər kəsin əlləri uzanıb haqqa.Göylər silahını yerə tuşlayıb,Üsyan eyləyirlər indi nahaqqa. Bilmədi qədrini insan övladl,Bu gözəl həyatın dünyanın qəti.Xor görüb doğmanı, qohumu, yadı,Duymadı ayağın altda cənnətu. Tanrı nəfəs verdi, yaşayan cana,Böldü hər birinə ləziz tikəni.Dünya tək olsa da, aldı qoynuna,Saxladı iki yüz qırx beş ölkəni. Çoxaldı dövlətlər, millətlər, irqlər,Hər kəsin […]

Tarih 20 May 2020 Kategori: Metanet Duyĝulu

ATA

ATA.(Atasını itirənlər üçün.) Sən bizi tərk edib gedəndən bəri,Ürəkdən sevinib gülmürəm ata.Gömüb ürəyimə hər dərdi səri,Onu kimsələrlə bölmürəm ata. Sığalın getməyib hələ telimdən,Əlinin istisi soyuq əlimdən.Adını asmışam sanki dilimdən,Əksini gözümnən silmirəm ata. Həsrətin göynəyib yanır sinəmdə,Adını söyləyir saçımda dəndə.Kimsə atasına ata deyəndə,Mən kimi səsləyim, bilmirəm ata. Qoymazdın qəm-kədər yağa üzümnən,Bir damla göz yaşı düşə gözümnən.Rəsmini […]

Tarih 14 May 2020 Kategori: Metanet Duyĝulu

GƏNCLİYƏ MƏKTUB

GƏNCLİYƏ MƏKTUB Hörmətli məktub.Əvvəla salam və salamdan sonra,Bildirmək istərəm yaxşıyam indi.Qəlbimdə bəslənən sevgi-məhəbbət,Sənə ünvanlıdır, çünki sənindir. Söylə haradasan necəsən mənsiz?,Elə istəyirəm üzünü görmək.Sən necə nigaran qalmısan inan,Məndə nigaranam elə sənintək. Məndən ayrılandan bəlkə sənin də,Başından getmədi dumanın çənin,Elə peşimanam, elə üzgünəm,Çünku heç qədrini bilmədim sənin. Bilmirəm nə yazım, başlayım hardan,Biləsən nə qədər sənə var sözüm.Səni […]

Tarih 14 May 2020 Kategori: Metanet Duyĝulu

TEJGARIN

TEJGARIN Yenə də keçmişə edib tamaşa,Dilsiz rəsmlərlə qalmışam qoşa.Arzular, xəyallar verib baş-başa,Axıdır gözündən leysanı narın,Çəkir həsrətini ulu tejgarın. Baharda olardı bəzəkli gəlin,Lalələr, nərgizlər bəzərdi telin.Daşlar, xınasıyla boyayıb əlin,Geyərək əyninə yaşıl paltarın,Qucar təbiəti qolu tejgarın. Baxcaq səmalara bir az qıyqacı,Buludlar olardı başının tacı.Keşikdə dayanıb qapı- ardıcı*,Sanki qoruyardı sevgili yarın,Qəlbi məhəbbətlə dolu tejgarın. Önündə səngərdi, dərin gen-dərə*,Küknara […]