Əziz dostlar, söz vermişdim ki, mən yalnız torpaqlarımız geri alınan zaman Dövlət Başçımız və Ali Baş Komandanımız İlham Əliyev cənablarına şeir yazacağam.Bu gün sözümü tutdum.


KOMANDAN



Əzəli düşmənə gələrək sinə,
Tarix, İlham adı yazdı köksünə.
Keçmişi, bu günü gələcək günə,
Yazdı sətir-sətir, yazdı anba-an,
Vətən xilaskarı əziz Komandan.




Düşmən nə qədər də oynasa oyun,
Heç zaman əymədi onlara boyun.
Qoruyub Türklüyün kökünü-soyun,
Bu gün haqq yolunda tökür yenə qan,
Vətən xilaskarı əziz Komandan.




Endirib düşmənə kini, nifrəti,
Götürdün aradan acı həsrəti.
Görüb qardaşında bu cür qüdrəti,
Arxa dayaq oldu Arif, Ərdoğan,
Vətən xilaskarı əziz Komandan.



Canın qardaşınla verib əl-ələ,
Yolçuluq eylədin öz vətəninlə.
Unutma, hər zaman bil ki, səninlə,
Qürur duyacaqdır can Azərbaycan,
Vətən xilaskarı əziz Komandan.




Müəllif.Metanet Duyğulu.

07.10.2020.
www.kafiye.net