DÜNYANIN SƏSİ

Dünyanın imtahan günü başlayıb,
Hər kəsin əlləri uzanıb haqqa.
Göylər silahını yerə tuşlayıb,
Üsyan eyləyirlər indi nahaqqa.

Bilmədi qədrini insan övladl,
Bu gözəl həyatın dünyanın qəti.
Xor görüb doğmanı, qohumu, yadı,
Duymadı ayağın altda cənnətu.

Tanrı nəfəs verdi, yaşayan cana,
Böldü hər birinə ləziz tikəni.
Dünya tək olsa da, aldı qoynuna,
Saxladı iki yüz qırx beş ölkəni.

Çoxaldı dövlətlər, millətlər, irqlər,
Hər kəsin ayrıca yuvası oldu.
Salındı şəhərlər, qəsəbə, kəndlər,
Dünyanın sinəsi beləcə doldu.

Böyüdük, ucaldıq, çoxaldıq yenə,
Dünyanın qoynuna sıxışıb sığdıq.
Biz isə xəncəri vurub köksünə,
Onu özümüzə sığışdırmadıq.

Hər an xərabəyə çevirmək üçün,
İnsan övladları etmədi nələr.
Sanki Tanrısına göstərib gücün,
Başlatdı qaniçən müharibələr.

Dünya yenə dözüb, yenə də güldü,
Biz isə qədrini yenə bilmədik.
O, öz nemətini bizimlə böldü,
Biz isə onunla bölüşəmmədik.

Yenə nə danışdı, nədə ki, dindi,
Nədə günahları vurmadı üzə.
Gücümüz bumuydu? bir baxın indi,
Dünya məharətin göstərir bizə.

Ey insan övladı, gəldi böyük gün,
Artıq ucaldıbdır dünya öz səsin.
Səbri çox tükənib indi bizimçün,
Başladıb silahsız müharibəsin.

Hər kəs öz evində olubdu dustaq,
Qorxudur balaca tozun kölgəsi.
Dünyayla əl-ələ veribdir ancaq,
Göylərə ucalan Azanın səsi.

Dininə, irqinə baxmayır indi,
Hamı səcdə edir, yüksələn səsə.
Ey insan övladı, unutma silər,
Sizi yer üzündən, Tanrı istəsə.


Müəlluf.Metanet Duyğulu.
09.06.2020
www.kafiye.net