QARDAŞLIQ ÜÇBUCAĞI.



Türkiyə.
Əzəldən lərzə salıb,
Tarixin yaddaşını.
Qoymayıb terorizmin,
Daş üstündə daşını.

Bu şücaət bu cürət,
Atatürkdən gəlibdir.
Nərəsi düşmənlərin,
Sinəsini dəlibdir.

Haqq, ədalət səsini,
Hər an ucaldıb göyə.
Arxa dayaq olubdur,
Qardaşına Türkiyə
.


Azərbaycan.

Dostuna dost olubdur,
Düşməninə amansız.
Qılıncını çəkməyib,
Düşmən üstə zamansız.

Hər qapısın döyənə,
Süfrə açıb deyib can.
Canını qurban verib,
Yaralı Azərbaycan.

Kürəyini söykəyib,
Hər zaman qardaşına.
Bax beləcə yazılıb,
Tarixin yaddaşına.


PAKİSTAN
Qaldırıb yüksəklərə,
İslamın bayrağını.
Qazanıbdır Tanrıdan,
Hər zaman dayağını.

Döndərib leysan, selə,
Düşmənin göz yaşını.
Qoruyubdur hər zaman,
Dostunu, qardaşını.

Canını qurban verər,
Dost yolunda hər bir an.
Qardaşa qardaş olar,
Şir ürəkli Pakistan.


QARDAŞLIQ ÜÇBUCAĞI.

Bu gün yüksəlib göyə,
Üç bayraq, üç ay -ulduz.
Kəsilib bir süfrədə,
Halal çörək, halal duz.

Bəzəyib səmaları,
Mavi, yaşıl qırmızı.
Tarix yazdı köksünə,
Qürurla adınızı.

Sizinlə sönəcəkdir,
Terorizmin ocağı.
Tanrı sizi qorusun,
Qardaşlıq üçbucağı.



Müəllif.M.Duyğulu.
O4.08.2020
www.kafiye.net