GƏNCLİYƏ MƏKTUB

Hörmətli məktub.
Əvvəla salam və salamdan sonra,
Bildirmək istərəm yaxşıyam indi.
Qəlbimdə bəslənən sevgi-məhəbbət,
Sənə ünvanlıdır, çünki sənindir.

Söylə haradasan necəsən mənsiz?,
Elə istəyirəm üzünü görmək.
Sən necə nigaran qalmısan inan,
Məndə nigaranam elə sənintək.

Məndən ayrılandan bəlkə sənin də,
Başından getmədi dumanın çənin,
Elə peşimanam, elə üzgünəm,
Çünku heç qədrini bilmədim sənin.

Bilmirəm nə yazım, başlayım hardan,
Biləsən nə qədər sənə var sözüm.
Səni əbədilik itirən gündən,
Hər gecə, hər sabah ağlayıb gözüm.

Axtarıb, aradım tapa bilmədim,
Hər gəlib gedəndən soruşdum səni.
Ürəkdən bağlanıb sevdiyimlə sən,
Bərabər tərk edib getmişdin məni.

Bircə gün de məni, düşündünmü heç?
Yoxsa ki ürəyin dönmüşdü daşa.
Ömrümün çiçəkli bahar fəslini,
Aparıb yerini vermişdin qışa.

Qar, boran sazaqda titrəyən görüb,
Məni o andaca təklədi dünya.
Girib qucağına təravətini,
İyləyə bilmədim heç doya-doya.

Hardasan ay mənim bahar gəncliyim,
Bir kərə uzaqdan barı eylə əl.
O zaman bərabər getdiyin insan,
Qayıdıb gəlibdir səndə qayıt gəl.

Qayıt, söz verirəm bu gündən sonra,
Daha əvvəlki tək olmaram dəcəl.
Sənsiz sənlə necə yaşadığımı,
Görsən qalacaqsan özün məəttəl.

Daha sən gördüyün o qız deyiləm,
Sarışın saçıma ələnibdi dən.
Səadət yenicə qovuşub mənə.
Rahat ol nigaran qalma ta məndən.

Tökdüm ürəyimi şanlı məktuba.
Bilmirən ünvana çatacaq ya yox.
Uzaqdan-uzağa olsa da yenə,
Səni qucaqlayıb öpürəm çox- çox.

Ömrün payızında olsam da yenə,
Məktubu bükürəm təravət ilə.
Hələlik, nə vaxtsa görüşərik biz,
Bu məktubu sənə yazdı, hörmətlə,


Mətanət Duyğulu.

13.05.2020.
www.kafiye.net