QARABAĞ ŞİKƏSTƏSİ.



Xankənd, Şuşa ümüdlənib,
Haqlı olan davadan.
Xarı bülbül çiçək açıb,
Qoxsu gəlir havadan.


Yollarını bəzəyibdir,
Qədim Şuşa qalası.
Atlanaraq cıdır düzü,
Çalır cəngi havası.


Natavanın qəzəlləri,
Cana gəlir ahəstə.
Eşidilir Xanın səsi,
Deyir Yanıq Şikəstə.


Əzizinəm Qarabağ,
Şəki, Şirvan Qarabağ.
Yağı düşmən əlində,
Qala bilməz Qarabağ.


Bir səs gəlir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan.
Axşamüstü hey uzaqdan,
Eşidilir qılınc səsi,
Gəlir Koroğlu nərəsi.
Yağış kimi yağır göydən,
Qarabağın Şikəstəsi.



Müəllif Metanet Duyğulu.18.10.2020
www.kafiye.net