TEJGARIN

Yenə də keçmişə edib tamaşa,
Dilsiz rəsmlərlə qalmışam qoşa.
Arzular, xəyallar verib baş-başa,
Axıdır gözündən leysanı narın,
Çəkir həsrətini ulu tejgarın.

Baharda olardı bəzəkli gəlin,
Lalələr, nərgizlər bəzərdi telin.
Daşlar, xınasıyla boyayıb əlin,
Geyərək əyninə yaşıl paltarın,
Qucar təbiəti qolu tejgarın.

Baxcaq səmalara bir az qıyqacı,
Buludlar olardı başının tacı.
Keşikdə dayanıb qapı- ardıcı*,
Sanki qoruyardı sevgili yarın,
Qəlbi məhəbbətlə dolu tejgarın.

Önündə səngərdi, dərin gen-dərə*,
Küknara bələnmiş hər bənd, hər bərə.
Çiçəkli xalısını döşəyib yerə,
Hər an gözləyərdi nazlı nigarın,
Nura qərq olardı yolu tejgarın.

Habilin, Qabilin olub oylağı,
Müqəddəs sayılır qara torpağı.
İndi at oynudur qoynunda yağı,
Qışa döndəribdir güllü baharın,
Olubdur gözləri sulu tejgarın.

Ətəyində şurut bulağı vardı,
Hər fəsil çağlayıb, dolub daşardı.
İndi nə biri yox, nə biri vardı,
Gömüb sinəsində dövlətin, varın,
Qalıb yurd – yuvası quru tejgarın.

Duyğulu həsrətdir necə, hüsnünə,
Adın çəkiləndə alışır simə.
Dünya çevrilsə də, olsa tərsinə,
Bil ki, danmayacaq əhdin-ilqarın,
Axsa da gğzündən qoru tejgarın.



Müəllif. Metanet Duyğulu.
14.05.2020.
www.kafiye.net