Kategoriler

Govhar Rustamova Kategoriler

Tarih 22 Eyl 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.(69)

Bazar günü idi. Axşamdan bütün işlərini yoluna qoyan Arzu yenə də erkən oyanmışdı.Anasını və bacısını oyatmasın deyə, barmaqlarının ucunda gəzir, səhərin sükutunu pozmamağa çalışırdı.
Xavər xanımla görüşə məxsusi hazırlaşırdı. Bu qadına tez bir zamanda isinişməsinə, bağlılığına özü də təəccüblənirdi.Onun səmimiyyətinin, mehribanlığının qarşılığında o da eyni münasibət göstərməyə çalışırdı.Beləcə, tərəflər bir – birinə qarşı sürətlə addımlayır, doğmalaşırdı.

Tarih 10 Eyl 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman (68)

Mətbəxdəki qab – qacaq səsinə yuxudan oyanan Zaur saata baxdı.” Bu gün istirahət günüdür, anam nə tezdən oyanıb?!” , – düşündü.
Yerindən qalxıb, dəhlizə keçdi. Mətbəxə tərəf boylandı. Kamilə yır – yığışla məşğul idi.
-Ana, – Zaur astadan dilləndi, – niyə dincəlmirsən?

Tarih 10 Eyl 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman(67)

Mətbəxi səliqəyə saldıqdan sonra yataq otağına keçən Arzu Sevili əlində kitab çarpayısında yuxulayan gördü.
Ehmalca ona yaxınlaşıb, astadan:
-Sevil, – dedi, – yatmısanmı?
Sevil gözlərini açdı. Çaşqınlıqla bacısına baxıb:

Tarih 10 Eyl 2018 Kategori: Govhar Rustamova

HƏSƏD.  roman(66)

O sahilə ki, orada günəş parlayırdı, şəfəqlərindən cahana nur saçılırdı…Orada qağayılar da başqa cür ötürdü, qaqqıltıları da başqa idi…Günəşin şüaları altında bərq vurub, muncuq tək parıldayan sakit dalğalar da bir başqa idi; həzin melodiyanı xatırladırdı…Ruhu oxşayan, qəlbə yatan bir melodiyanı…

Tarih 14 Ağu 2018 Kategori: Govhar Rustamova

İBRƏTAMİZ HEKAYƏ

Gənc bir qadın müdrikin yanına gəlib hörmətlə salam verir.
-Müəllim, – deyir, yadınızdadırmı, iki il əvvəl ərimlə mənə kəbin 
kəsmişdiniz?
-Hə, yaxşı yadımdadır, – deyir müdrik.
-Elə isə, günü bu gün bizi boşayın!

Tarih 14 Ağu 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman(62)

O ki qaldı Nübara, – bacısının gözlərinə baxdı, – yubatma, günü sabah evlərinə gedib, üzr istə.Heyf…çox heyf…Nübar itirilməli dost deyildi.
-Dərdimi təzələmə, – Sevil başını aşağı saldı, – onsuz da özümə yer tapa bilmirəm.Bundan sonra onun gözlərinə necə baxacağam?
-Onu əvvəldən düşünməli idin.Bilməliydin ki, insanın qarşısına həmişə Nübar kimi etibalı, sədaqətli, təmənnasız dost çıxmır.Doğrudur, bizi çoxlu sayda insanlar əhatə edir, amma onların hər birinə dost demək olarmı?,

Tarih 14 Ağu 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.(61)

Arzu bir söz deməyib, yan otağa keçdi. Əynini dəyişib, əl – üzünü yudu. Şam yeməyi hazırlamaq üçün soyuducudan bəzi ərzaqları çıxarıb, mətbəx masasının üzərinə yığdı.
Sevilin sözləri ona möhkəm sirayət etmişdi. Qızın bir – birinin ardınca düzüb söylədikləri fasiləsiz olaraq qulaqlarında səslənir, fikirlərini bir – birinə qatırdı.Əlləri tələsik iş görsə də, xəyalları, düşüncələri başqa yerdə idi.

Tarih 14 Ağu 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.(60)

HƏSƏD. roman.(60) Arzuların , şirin xəyalların qanadında elə pərvazlanırdı ki, Sevilin ona yaxınlaşdığından belə xəbərsiz idi. Qız bacısının qeyri – adi davranışını , əhval – ruhiyyəsini maraqla seyr edir, arabir gözlərini qıyıb gülümsəyirdi. Nəhayət: -Arzu , – dedi, – sənə nə olub? Elə bil qanad açıb uçmaq istəyirsən?! -Hə…, – Arzu sanki xəyallardan ayılmaqdan ehtiyatlanırmış kimi […]

Tarih 25 Tem 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman (59)

Nahar fasiləsindən qızlarla bərabər şöbəyə qayıdan Arzu otağa daxil olduqda duruxdu. Könül başını masanın üzərinə qoyub, gözlərini yummuşdu.Arabir sakitcə içini çəkirdi.
Qızın bu halı onu narahat etdi.Ehmalca masaya yaxınlaşıb astadan:
-Könül xanım, – dedi.

Tarih 25 Tem 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.( 58)

Son günlər Çingizin soyuq münasibəti, rəsmi davranışı Könülü düşünməyə vadar etmişdi.Səbəbini anlamasa da , aralarında get – gedə yaranan , dərinləşən uçurum qızı narahat edirdi. Çingiz onu şirkətin heç bir işi ilə məlumatlandırmır, şöbənin fəaliyyətinə isə özü şəxsən nəzarət edirdi.