SORĞUYA ÇƏKMİŞƏM GÜNAHLARIMI




Hər gün yarpaq-yarpaq solur, tökülür,

Saralıb xəzana dönən sevgimiz.

Dərd ilə yaşayır,qəm ilə ölür,

Qəfil ayrılıqdan sönən sevgimiz.




Elə öyrənmişdim şirin səsinə

Dünyaya sığmazdı gülüşlərimiz

Ürəyi kövrəyim,ruhu dəli tək ..

Dağıtdı ömrümü, ölən sevgimiz




Gecələr asılıb kirpiklərimdən,

Qaranlıq gözümdə yağış sellənir.

Ala-boz yuxu tək gəlir üstümə,

Yalnız gecələrə yağan sevgimiz




Artıq çox uzaqdı gümanlarım da ,

Qatmışam zülmətə sabahlarımı.

Dərdimlə baş-başa qalmışam indi,

Sorğuya çəkmişəm günahlarımı .



Əsmər Bağırova

www.kafiye.net