HƏYAT




Yükləndim dünyanın ağır yükünə

Gedirəm yolları yorğun,dikinə

Salmısan dərd adlı eşqin fikrinə

Məni başdan-başa yorursan, həyat!




Tənha küçələrin qaranlığında

Uçuq divarların toranlığında

Üşüyən cismimin ağırlığında

Məni daşdan-daşa vurursan ,həyat!




Ömür çeşməsində batıb,boğullam,

Sınıq kuzəsindən axıb dağıllam.

Könül bulağında yaman darıllam

Məni yaşdan- yaşa sürürsən ,həyat




Bu dünyamın pəncərəsi dumanlı,

Həyat yollarımda yaşam gümanlı.

Arzusu,ümidi dəniz ümmanlı

Məni çeşmə -çeşmə boğursan həyat!




Əsmər Bağırova 2020.

www.kafiye.net