BAYRAĞIM

Ey üçrəngli bayrağım,sabaha nur,işığım,
Ay-ulduzu sinəndə ,vətənə yaraşığım,
Döyüş meydanlarında savaşım,barışığım,
Dalğalan,əzəmətli gücünə qurban olum!

Dalğalan,vətənimin ən uca zirvəsində,
Dalğalan,yarandığın bu günün haqq səsində,
Sən şanlı diyarımın fəxrisən,qürurusan,
Dalğalan,qazandığın zəfərə qurban olum!

Qatmısan al rənginə şəhidlərin qanını,
Varlığınla alırsan düşmənlərin canını,
Ucaltdın zirvələrə andını,amalını,
Dalğalan,yaşatdığın birliyə qurban olum!

Şanlı ordumla birgə düşmənə gərib sinə,
Addım-addım sancıldın Qarabağın köksünə!
Sənsən Azadlıq eşqim,sənsən sevgim Vətənə!
Dalğalan! Yaratdığın sevginə qurban olum!

Əsmər Bağırova 2021 ci il

www.kafiye.net