N
ə yaşatdın?




Bir ocaq qalamısan ür
əyimin başında,

İstisi ürəyimdə, tüstüsü göz yaşımda.

Cəza verdin ömürlük bu yaralı qəlbimə,

Sən ayrılıq yazdırdın hicran dolu könlümə.




Donmuş baxışlarımdan ç
əkdiklərimi görsən,

Unutmağın sevməkdən necə ağırdı bilsən,

Nə təsəlli ,nə ümid yaramır inan mənə.

Ucuz sözlər yamaqdı bu yaralı könlümə.




M
ənə anlatma gülüm, darıxmaq adlı dərdi..

Baxıb bəxtəvər sanma,içim dolu kədərdi.

Yuxu kimi dağıldın gözlərimə o gecə,

Çarəsiz xəstə kimi inləyirəm gizlicə.




Uzun gec
ələr boyu sayrışan ulduzlara,

Danışıb dərdlərimi çox yalvardım Allaha.

Səni unutmaq üçün gücü zülmətdən aldım,

Mən o gecə o andan,xəyalımla tək qaldım.




Bu çar
əsiz sevgimin ən uzaq limanısan.

Fırtınalı,dalğalı dənizin ümmanısan.

Dolaşan gəmi kimi çırpıl qayalıqlara

Bitir ölən sevgini, dağıt sonsuz sulara.

Esmer Bağırova
www.kafiye.net