GƏLMİŞƏM DEYƏM Kİ,…


Gəlmişəm deyəm ki,heç unutmadım
Heç yaddan çıxmadı gözəl gözlərin
Əllərin əlimdə,gözün gözümdə
Dağıldı dilindən qəmli sözlərin



Gəlmişəm deyəm ki, həsrətin acı
Gecəmi gündüzə qatıb gəzirəm
Sənsiz gecələrin soyuq izləri
Dərdimi dərdinə qatıb gəzirəm.


Gəlmişəm deyəm ki, sevirəm səni
Ruhumu göylərdə azdıran mələk
Daha həsrətinə dözə bilmirəm
Ayrılıq yükünü götürmür ürək.



Esmer Bağırova
www.kafiye.net