HARDASA BİR QADIN AĞLAYIR İNDİ.


Büküb gəncliyini bir ag kəfənə,

Hardasa bur qadın ağlayır indi.

Bölüb hisslərini qəmə,kədərə,

Hardasa bir qadın ağıayır indi.




Amansız h
əyatın nə çoxmuş üzü,

Dönüb bir zülmətə gecə– gündüzü .

Dərdi gözlərindən süzülür düzü,

Hardasa bir qadın ağlayır indi.




B
əxtinə yazılan bəxtsiz gününə,

Baş əydi,çatmadı arzu,ününə.

Baxır cığır düşmüş nazik telinə .

Hardasa bir qadın ağlayır indi.




Düşdü taleyinin acı toruna,

Dinmədi əzablı həyat yoluna.

Bu zindan ömrünün həsrət qoluna,

Dolanıb bir qadın ağlayır indi.




Əsmər Bağırova 11.04.2022
www.kafiye.net