GÖZƏL ŞUŞAM!



Bahar gəlib bu ellərə.

Çiçəklənib çəmən,dərə.

Adın düşüb bil, dillərə.

Gözəl Şuşam,gözəl Şuşam!




Bir c
ənnətsən, zümrüd qaşlı .

Gözəlləri şux baxışlı .

Xarı bülbül min naxışlı.

Gözəl Şuşam,gözəl Şuşam!




Yaraşıqdır hüsnün s
ənə

Adın düşüb dildən-dilə .

Gözəlləşir ildən-ilə,

Gözəl Şuşam,gözəl Şuşam!




Uzun ill
ər sinən dağlı,

Qapın bağlı, yolun bağlı.

“Şuşa “adlı bir nağıldı,

Gözəl Şuşa,gözəl Şuşam!




Əsmər Bağırova 20.04.2022

www.kafiye.net