Yorur məni sənsizliyin…

Sən yaşayan şəhərdəyəm bu gecə,
Gözlərim də ,ürəyim də Sən gəzir.
Bu şəhərin işıqları gör necə,
Sən gəzdiyin küçələrə nur sərir.

Bu şəhərin adamları hara köçüb?
Səssiz qalıb küçələri sən gedənnən,
Xatirələr gecə olub, yaman çöküb…
Yorur məni sənsizliyin sən gedəndən…

Sən gedənnən səpələnib yollarına,
Xatirələr…toz salıbdı…
Ürəyimin qapıları bağlanıbdır,otaqları sən qoxulu…
Boş qalıbdı…

Bağırova Ə. 03.08 2022

www.kafiye.net