Kategoriler

Arşivler

Təvəkkül Goruslu Kategoriler

Tarih 21 Nis 2020 Kategori: Təvəkkül Goruslu

ATATÜRKÜM

ATATÜRKÜM Türkiyənin TRT kanalından “Ya istiqlal ya ölüm” serialına bxıram, belə bir nəğmə yazmağı özümə borc bildim! Qürurunla qürurlandım,Onurunla onurlandım,Türkiyəmlə sınırlandım,Atatürküm, Atatürküm! Siyasətdə məharətin,Döyüşlərdə cəsarətin,Qurtuluşu bu millətin,Atatürküm, Atatürküm! “Ya istiqlal ya da ölüm”,Söylədinsə bölüm-bölüm,Yoxa çıxdı zalim, zülüm,Atatürküm, Atatürküm! Qan tökürdü hər qansızı,İngilisi, fransızı.İstibdadın amansızı,Atatürküm, Atatürküm! Alışdırdın çırağımı,Gülşən etdin növrağımı,Uca etdin bayrağımı,Atatürküm, Atatürküm! Azadlığa verdinsə can,Səninlədir […]

Tarih 10 Nis 2020 Kategori: Təvəkkül Goruslu

ÖZ QOCA KÖÇÜN

ÖZ QOCA KÖÇÜN Qüdrətli bir pəncə sıxır cahanı,Üfüq də ağrıdan ala boyanıb.Nə vaxtdır adamlar yaxır cahanı,Bəlkə də binəva indi oyanıb! Tanrı da bəşərdən əlini çəkib,Günəşi qızdırmır, buludu yağmır.Elə bil şəkildi səmaya tikib,Bu ona yansımır, o buna sığmır! Tərpənən, tərpədən küləkdi bir az,Onun da səsi yox sızıltısı var.İtirib fitini, eyləmir avaz,Burnunun altında mızıltısı var! Hər yerdə […]

Tarih 10 Nis 2020 Kategori: Təvəkkül Goruslu

ƏLİNƏ DÜŞMƏZ

ƏLİNƏ DÜŞMƏZ Təəssüf doğurur dəyəri haqqın,Yan verib, dəyişib, olubdu satqın,Aldanıb adına sınama baxtın,Çıraqla axtarsan əlinə düşməz! Varlını çox sevir, pula yarınır,Seyflərə göz edir, cibə sarınır,Nəticə üzücü. . . zalım barınır,Çarıqla axtarsan əlinə düşməz! Binəva atmasa kasıblıq çulun,Hərlənib kəsəcək hər yerdə yolun,Qələmə ha güc ver, yoxdursa pulun,Varaqla axtarsan əlinə düşməz! Təvəkkül Goruslu. 06. 04. 2020www.kafiye.net

Tarih 5 Nis 2020 Kategori: Təvəkkül Goruslu

RUHUM

RUHUM Nə günə, gündüzə sığmayır ruhum,Günü hiss etməmiş gündüzü bitir.Günləri yaddaşa yığmayır ruhum,Gəlməklə, olmaqla yox olur itir. Gücüm yox gündüzü, günü yormağa,Gecənin zülməti kəsir aranı.Hacət də qalmayır sorub sormağa,Görüb bitirdikcə ağı, qaranı. Gündüzün ölçüsü ölçümdən gödək,Gecənin ölçüsü ölçümdən uzun,Təbiət desə də bahara gedək,Ömrümə köçübdü ömrü payızın! Saydıqca günləri günü bitirib,Gözlədik növbəti yeni bir günü.Növbəti qayğını […]

Tarih 5 Nis 2020 Kategori: Təvəkkül Goruslu

DƏRİNDƏN DUYSAN

DƏRİNDƏN DUYSAN İnsandı dünyaya meydan oxuyan,Hiylədən, mək(i)rdən cələ toxuyan,Gah ölüm, gah da ki, yaşam qoxuyan,Həyat çətin olur dərindən duysan! Aqillər dünyanın qəlbinə girməz,Nadanlar girsə də riqqəti görməz,Odur ki, sirrini bir kəsə verməz,Həyat çətin olur sirrindən doysan! Dünya bir kəhərdi qırat dölündə,Ayaq üzəngidə otur belində,Yüyənin, cilovun bərk tut əlində,Həyat çətin olar əlindən qoysan! Güvənmə özündən başqa […]

Tarih 4 Nis 2020 Kategori: Təvəkkül Goruslu

İNSAN İÇİNDƏKİ ÖZÜ QƏDƏRDİ

İNSAN İÇİNDƏKİ ÖZÜ QƏDƏRDİ İnsanı artırmaz şöhrəti, şanı,Böyütməz nə pulu, saxtakar sanı,Dilə ki, saf olsun əxlaqı, qanı,İnsan içindəki özü qədərdi. Nə olsun şümaldı boyu, qaməti,Əyilir sərvətə , yox dəyanəti,Birinin qəlbində gecə zülməti,Birinin içində nurlu səhərdi. Azacıq danışdır, dinlə, qulaq as,Agah ol nəyi var kamaldan bir az.Bülbül tək ötdükcə, etdikcə avaz,Duyarsan dayazdı…bura qədərdi. Ya da dərrakədə […]

Tarih 5 Mar 2020 Kategori: Təvəkkül Goruslu

BİR OLAR

BİR OLAR Atəşlər ölkəsi Azərbaycanım,Yanan ocağına , oduna qurban!Ruhumla bağlıdı sənə hər anım,Qəlblərdə can olan adına qurban! Alovla bir oldun yaranışından,Bəlkə də sən elə oddan törəndin.Toxunsan od çıxar qara daşından,Atəşə atəşlə , odla dirəndin! Paramparçasansa bizik günahkar,Sahibi olmadıq odun, atəşin.Yenə alovlanar əssə ruzigar,Çəkilər buludlar, doğar günəşin. Təbrizin Bakınla, Dərbəndinlə cəm,Tezliklə bir bütöv ölkə olarıq.Məhmətcik önündə […]

Tarih 21 Şub 2020 Kategori: Təvəkkül Goruslu

BİRGƏ BİTƏK

BİRGƏ BİTƏK Ağacında çılın-çılpaqŞaxta vurub əsən budaq,Soyunursan, geyinirsən,Edən yoxdur sənə qınaq! Bunları sən vecə alma,Düşünmə, heç içə salma,Boğar səni qayğı, sınaq,Dönüb bircə adam olma! Hər yan evdir neçə otaq,Vardır mətbəx, isti yataq,Adamları adamlıqdan,Çıxardıblar amma, budaq! Baxan yoxdur vara, yoxa,Yemək baha, geymək baha,Əllər Tanrı ətəyində,Ələ vermir pul da yaxa! Bərk tut , vallah ağacından,Yoxsa ölərsən acından,Biz […]

Tarih 21 Şub 2020 Kategori: Təvəkkül Goruslu

OLAQ BARI

OLAQ BARI Alammadıq torpaqları,Yolumuz hayana sarı?Olammadıq bel qardaşı,Yol qardaşı olaq barı. Alammadıq danışmaqla,Siyasət yıxmır divarı.Olammadıq dil qardaşı,Qol qardaşı olaq barı. Tərk eləyib el- obanı,Saxladıq davanı yarı.Olammadıq ol qardaşı,Al qardaşı olaq barı. Azad edək yurdumuzu,Azad edək hər məzarı.Olammasaq al qardaşı,Öl qardaşı olaq barı! Təvəkkül Goruslu. 2020www.kafiye.net

Tarih 18 Şub 2020 Kategori: Təvəkkül Goruslu

ÇƏKIL GET

ÇƏKIL GET Sədaqət söyləyən ey gözəl insan,Məhəbbət könülə, ürəyə bağlı.Dəyişməz etibar, dəyişsə zaman,Etibar, etiqad sevgi sınaqlı! Sevginin həsrəti ciyər dağlayar,Yarası ağrılı çox dərin olar.Sızlayan qəlb evi dərddən dağılar,Amma zəqqu dadı çox şirin olar! Sevilər əzabın cəminə dözən,Tanrı əta etməz acizə sevgi.Sevdin üzülərsən, olmazsan üzən,İnsanı böyüdər möcüzə sevgi! Sevməsə bəhanə axtarar adam,Hər işdə, hər sözdə yanlışlıq […]