ƏLİNƏ DÜŞMƏZ

Təəssüf doğurur dəyəri haqqın,
Yan verib, dəyişib, olubdu satqın,
Aldanıb adına sınama baxtın,
Çıraqla axtarsan əlinə düşməz!

Varlını çox sevir, pula yarınır,
Seyflərə göz edir, cibə sarınır,
Nəticə üzücü. . . zalım barınır,
Çarıqla axtarsan əlinə düşməz!

Binəva atmasa kasıblıq çulun,
Hərlənib kəsəcək hər yerdə yolun,
Qələmə ha güc ver, yoxdursa pulun,
Varaqla axtarsan əlinə düşməz!



Təvəkkül Goruslu. 06. 04. 2020
www.kafiye.net