ATATÜRKÜM


Türkiyənin TRT kanalından “Ya istiqlal ya ölüm” serialına bxıram, belə bir nəğmə yazmağı özümə borc bildim!


Qürurunla qürurlandım,
Onurunla onurlandım,
Türkiyəmlə sınırlandım,
Atatürküm, Atatürküm!

Siyasətdə məharətin,
Döyüşlərdə cəsarətin,
Qurtuluşu bu millətin,
Atatürküm, Atatürküm!

“Ya istiqlal ya da ölüm”,
Söylədinsə bölüm-bölüm,
Yoxa çıxdı zalim, zülüm,
Atatürküm, Atatürküm!

Qan tökürdü hər qansızı,
İngilisi, fransızı.
İstibdadın amansızı,
Atatürküm, Atatürküm!

Alışdırdın çırağımı,
Gülşən etdin növrağımı,
Uca etdin bayrağımı,
Atatürküm, Atatürküm!

Azadlığa verdinsə can,
Səninlədir hər vaxt, hər an,
Türkiyəmlə, Azərbaycan,
Atatürküm, Atatürküm!


Təvəkkül Goruslu .21.04.2020
www.kafiye.net