SEVGİ OLMASAYDI

Sevgi olmasaydı dünyanın üzü,
Qurumuş ağaca bənzərdi yəqin.
Aşardı dağları, solardı düzü,
Özü məhvərində dönərdi çətin!

Sevgi olmasaydı olmazdı bəşər,
Nə quşlar olardı, nə də ki, heyvan.
Nə əxlaq olardı, nə xeyir, nə şər,
Olmazdı ədalət , nə də ki, divan!

Sevgi olmasaydı gündüz gecəyə,
Gecə də gündüzə yerin verməzdi.
Sevgi omasaydı çiçək böcəyə,
Böcək də çiçəyə sirrin verməzdi!

Sevgi olmasaydı Tanrı olmazdı,
İnsan sevgisidir Tanrı deyilən.
Sevgi olmasaydı heç nə olmazdı,
Hər şeydi, hamıdı eşqə əyilən!

Təvəkkül Goruslu.23.04.2020
www.kafiye.net