BİRGƏ BİTƏK

Ağacında çılın-çılpaq
Şaxta vurub əsən budaq,
Soyunursan, geyinirsən,
Edən yoxdur sənə qınaq!

Bunları sən vecə alma,
Düşünmə, heç içə salma,
Boğar səni qayğı, sınaq,
Dönüb bircə adam olma!

Hər yan evdir neçə otaq,
Vardır mətbəx, isti yataq,
Adamları adamlıqdan,
Çıxardıblar amma, budaq!

Baxan yoxdur vara, yoxa,
Yemək baha, geymək baha,
Əllər Tanrı ətəyində,
Ələ vermir pul da yaxa!

Bərk tut , vallah ağacından,
Yoxsa ölərsən acından,
Biz adamlar bu şəhərin,
Zinharıq da tıxacından!

Dünya çoxdan deyil pətək,
Hara gedək, harda itək,
Bəlkə bizlər budaq olaq,
Yan-yanaşı birgə bitək!!!



Təvəkkül Goruslu. 2020
www.kafiye.net