Kategoriler

Arşivler

Metanet Duyĝulu Kategoriler

Tarih 11 Oca 2020 Kategori: Metanet Duyĝulu

SƏSSİZ FƏRYAD

SƏSSİZ FƏRYAD PovestindənMəhtabın toyu günü yazdığı şeir. Hər tərəf bəyaza bürünmüşdü o gün.Məhtabın ürəyinin dərinliyindən göylərə ucalan səssiz fəryadı yalnız, ürəyi olanları yandırıb yaxırdı. Ağ gəlinlik bir alov parçası olaraq, onun bədənini və ruhunu elə yandırırdı ki, bir anlığa onu soyunub atmaq, və izssiz bir yerlərə qaçıb sığınmaq istəyirdi.Amma yenə də kimsə duyuq düşməsin deyə, […]

Tarih 11 Oca 2020 Kategori: Metanet Duyĝulu

KİMDİR GÜNAHKAR?

KİMDİR GÜNAHKAR? Bu dünyadan, giley -güzar edənlər,Deyin, kimdir səbəb vəhşətə vaya?Bir-birini mal-mülk üçün didənlər,Bizmi günahkarıq, yoxsa ki, dünya? Tanrı dünya adlı kürə göndərib,Min bir nazı-nemət, gözəllik verib.Olmuşuqsa əgər vətəndə qərib,Bizmi günahkarıq, yoxsa ki, dünya? Biri-birimizə düşmən olmağa,Qardaşı xor görüb gözün oymağa.Yaxşının yerinə yaman qoymağa,Bizmi günahkarıq yoxsa ki, dünya? Silahlar kəşf edib, evlər yıxırsaq,Fəryada, laqeyid durub […]

Tarih 11 Oca 2020 Kategori: Metanet Duyĝulu

Nə olar bir daha qayıt gəncliyim

Bu şəklimə baxdıqca, boşu boşuna uçub gedən gəncliyimə elə heyifsilənirəm ki… Nə olar bir daha qayıt gəncliyim, Nə olar bir daha qayıt gəncliyim,Səni doya-doya yaşaya bilim.Yenidən ilk eşqin ağır yükünü,Bu zəif çiynimdə daşıya bilim Qoymayım kimsənin uzansın əli,Dərməsin vədəsiz qönçə gülünü.Dörd bir ətrafını tikan eyləyim,Uzada bilməsin nadan əlini. Zaman əqrəbini geriləyərək,Qovlayaq ötüşən hər ayı ili.Bəlkə […]

Tarih 11 Oca 2020 Kategori: Metanet Duyĝulu

MƏNİ

MƏNİ Sənsiz günlərim ay, ayım il keçir,Həsrətin sürüyür dağlara məni.Xəyalın gözümnən gəlib su içir,Aparır ötüşən çağlara məni. Hər gecə yuxular çəkilir ərşə,Yox olur üzümdən təbəssüm, nəşə.Deyəsən gözlərim tapıbdır peşə,Tutur gizli-gizli ağlara məni. Saçımı həsrətin yeli darayır,Əllərim əlini gəzib arayır.Mənə doğma gəlmir nə ev, nə bayır,Sanki, gətirirlər “tığlara” məni. Dərdlər qoşun çəkir, çalaraq cəngi,Pozulur həyatın şadraq […]

Tarih 9 Ara 2019 Kategori: Metanet Duyĝulu

SƏNDƏN SONRA

SƏNDƏN SONRA Yenə də qapımı döydü xəyallar,Canlandı gözümdə pərişan anlar.Yetişib haraya kamanla bir tar,Bir nəğmə oxutdu, dərdli biçara,“Səndən sonra” Açıldı səhifələr hey varaq-varaq,İlham pərim yenə gətirdi soraq.Qoyaraq önümə qələm, bir çıraq,Yazdırır ruhumu hey yora-yora,“Səndən sonra”. Deyirdim şeirimi batırmam qəmə,Keçmişi unutmaq çətinmiş demə.Sənsizlik deyilən köhnə dərdimə,Nə təbib, nə loğman tapmadı çara,Səndən sonra. Gedişin gəncliyə düşmən kəsildi,Həsrətin […]

Tarih 31 Eki 2019 Kategori: Metanet Duyĝulu

BİR ZAMAN

Bir zaman darixsan menimcun eger,
Esen kuleklerden, soruw sen meni.
Xeber vermeseler senincun eger,
Caxan, wimweklerden soruw sen meni.

Tarih 13 Eki 2019 Kategori: Metanet Duyĝulu

BU QADIN

Ötürüb köksünü, hər saat, hər an,
Əlini üzünə sərir bu qadın.
Bəlkə də onunçün dayanıb zaman,
Zamanın bağrını dəlir bu qadın.

Tarih 3 Eki 2019 Kategori: Metanet Duyĝulu

SƏNİ İTİRMƏKDƏN YAMAN QORXURAM.

Deyirlər müxtəlif olur qorxular,
Hərənin qorxduğu bircə yeri var,
Mənim qorxularım nə boran nə qar.
Düşünsəm yuxuma qatılır haram,
Səni itirməkdən yaman qorxuram.

Tarih 2 Eki 2019 Kategori: Metanet Duyĝulu

HƏYATIN SİRLƏRİ

Həyat bir oyundur, bizsə oyuncaq,
Bizimlə oynayan taleyimizdir.
Dünya oynamaqçün yaranıb ancaq,
Bizlərə qalan tək, əməlimizdir.

Tarih 1 Eki 2019 Kategori: Metanet Duyĝulu

EY FƏLƏK

Ey fələk əlimdən alan illəri,
İndi istəyirəm geri ver daha.
Ömrümə səadət bəxş edən yeri,
Məndən ucuz alıb,satmısan baha.