BU QADIN

(Bu qadını hər gün səssiz və utana-utana diləndiyinin şahidi olmuşam.Şəklini görüncə, qəlbimnən bu misralar süzüldü)

Ötürüb köksünü, hər saat, hər an,
Əlini üzünə sərir bu qadın.
Bəlkə də onunçün dayanıb zaman,
Zamanın bağrını dəlir bu qadın.

Dərindir kədəri anlamaq olmur,
Nə sevib, nə də ki, danlamaq olmur.
Pozulub nizamı, samlamaq olmur,
Dərdini tək özü bilir, bu qadın.

Acı taleyinə töküb şirin dil,
Beləcə il üstə gəlir neçə il.
Ondan uzaq gəzir hətta əzrail,
Çünki, hər gün belə ölür bu qadın.

Cəmiyyət içində, qısır səsini,
Yemək görən zaman tutur nəfsini.
Nimdaş paltarının geyib tərsini,
Zənn edir düyünnən gəli bu qadın.

Basaraq bağrına namus arını,
Bəlkə də bir ömür gəzib yarını.
Hərdən də gizlicə göz yaşlarını,
Çəkib ətəyiylə silir bu qadın.

Uzadıb əlini, dayanır səssiz,
Sanki, yaşayır o, cansız nəfəssiz.
Bəlkə, kimsəsi çox, amma kimsəsiz,
Küçə bacalarda çürür bu qadın.

Bilmirəm yazım mən daha nəyini,
Nə qarnı tox olur, nə də əyini.
Sərib qara günə ağ örpəyini,
Qara taleyinə gülür bu qadın.

Müəllif. Metanet Duyğulu.
13.10.2019
Qara taleyinə gülür bu qadın.
www.kafiye.net