Bu şəklimə baxdıqca, boşu boşuna uçub gedən gəncliyimə elə heyifsilənirəm ki…

Nə olar bir daha qayıt gəncliyim,

Nə olar bir daha qayıt gəncliyim,
Səni doya-doya yaşaya bilim.
Yenidən ilk eşqin ağır yükünü,
Bu zəif çiynimdə daşıya bilim

Qoymayım kimsənin uzansın əli,
Dərməsin vədəsiz qönçə gülünü.
Dörd bir ətrafını tikan eyləyim,
Uzada bilməsin nadan əlini.

Zaman əqrəbini geriləyərək,
Qovlayaq ötüşən hər ayı ili.
Bəlkə həmin zaman yaxalayarıq,
Ömrünü yarımçıq qoyan qatili.

Arxanca ağlayan sevgi xətrinə,
Nə olar bir daha qayıt gəncliyim.
Qədir qiymətini bilmədiyimçün,
Önündə diz çöküb, üzür istəyim.


Müəllif.M.Duyğulu.
10.01.2020
www.kafiye.net