HƏYATIN SİRLƏRİ

Həyat bir oyundur, bizsə oyuncaq,
Bizimlə oynayan taleyimizdir.
Dünya oynamaqçün yaranıb ancaq,
Bizlərə qalan tək, əməlimizdir.

Qatır başımızı baxın, pul-para,
Gah könül şad edir, gah çəkir dara.
Bu dünya fanidir, sonu ağ, qara,
Ona rəng gətirən öz əlimizdir.

Tanrının malını etməyin bazar,
Gəzdiyin torpaqda, qazılır məzar.
Bizimlə bərabər gedən namus ar,
Birdə ki, verilən dəyərimizdir.

Böyklük eyləyib kiçiyi əzmə,
Əlin veribdisə, gözünlə gəzmə.
Yaxşıya pis deyib dodağı büzmə,
Yaxşılıq dediyin, ürəyimizdir.

Könül yaralayıb, verərsənsə dərd,
Daha boş-boşuna etmə ibadət.
Adətsiz dünyaya, gətirən adət,
Beynimiz, qəlbimiz öz dilimizdir.

Duyğulu, həyatın əyrisin, düzün,
Yazsan da bitməz heç ürəkdə sözün.
Yalnızca dünyanın hər iki üzün,
Göstərən, kağız və qələmimizdir.

Müəllif. Metanet Duyğulu.
02.10.2019.
www.kafiye.net