Kategoriler

Arşivler

Çingiz Kürdəmirli Kategoriler

Tarih 28 May 2017 Kategori: Çingiz Kürdəmirli

Göyərçin

Göyərçin bir namə gətirdi mənə,
Oxuya bilmədim axıra qədər,
Dünyanın dərdini yetirdi mənə,
Bürüdü qəlbimi qüssə və kədər.

Tarih 26 Nis 2017 Kategori: Çingiz Kürdəmirli

Gültəkin

Sən demə, çox tikanlıymış budağın….
Süzgün baxış, gülüş,- amma gül təkin,
Dağ dayanmaz qarşısında, bu dağın,
Nə bilərdim, böylə olar Güldə ,- kin?!

Tarih 19 Nis 2017 Kategori: Çingiz Kürdəmirli

Gülə-gülə öləcəyəm

Saf duyğudan yaranmışam,
Necə vardım, eləcəyəm,
İki əsr görüb gözüm,
Keçmişəm, həm gələcəyəm.

Tarih 13 Nis 2017 Kategori: Çingiz Kürdəmirli

Geyin.

Aşkarlıq başına gətirdi bəla,
Səni soyundurdu zəmanə, geyin.
Necə saldı bu qəribə xəyala ?
Təslim olma şərə, yamanə, geyin.

Tarih 13 Nis 2017 Kategori: Çingiz Kürdəmirli

Sağlıq deyirik

Hamı qibtə eləyər, olsa bələd nəfsimizə,
Nə üçün səy etmirik, çəkməyə sədd nəfsimizə?
Canavar, fil, begemot eylər həsəd nəfsimizə,
Doyunca yeyirlər onlar, biz ölüncən yeyirik,
Əldə badə, Allaha üz tutub, sağlıq deyirik.

Tarih 3 Nis 2017 Kategori: Çingiz Kürdəmirli

Mən nə bilim

Ömrümün qış fəsli gəlib,
Solubdu çəmənim, çölüm,
Çoxdan düşübdür izimə,
Haqlayacaq bir gün ölüm,

Tarih 3 Nis 2017 Kategori: Çingiz Kürdəmirli

Biz yalamaqdan doyuruq.

Bir vətənin övladıyıq,
Amma ki, fərqli duyuruq.
Siz yeməkdən doymayırsız,
Biz yalamaqdan doyuruq.

Tarih 30 Mar 2017 Kategori: Çingiz Kürdəmirli

Məni axtar, gözəlim

Arayıb-axtarıram, mən neçə müddətdi səni,
Tutmasam əhvalını, yatmaram bütün gecəni,
Dərdini izhar elə, söylə ürəkdən keçəni,
Necə tənqid eləyim əzizimi, gəlmir əlim,

Tarih 29 Mar 2017 Kategori: Çingiz Kürdəmirli

Lənət

Sənə rast gəldiyim uğursuz günün,
Ən əziz anının özünə lənət,
Sətir-sətir, misra-misra şeirimin,
Bütün yalanına, düzünə lənət !

Tarih 23 Mar 2017 Kategori: Çingiz Kürdəmirli

Küsənim mənim

Sınıq bir ürəyin donubdur qanı,
Qara geyib çölüm, çəmənim mənim,
Tapammıram…Gözüm gəzir hər yanı,
Hanı qızılgülüm, süsənim mənim?…