Mən nə bilim

Ömrümün qış fəsli gəlib,
Solubdu çəmənim, çölüm,
Çoxdan düşübdür izimə,
Haqlayacaq bir gün ölüm,
Nə dostum var, nə sirdaşım,
Dərdlərimi kimlə bölüm?..
Ülvi, məhrəm duyğuları,
Necə yazım, gəlmir əlim…
Əldə qələm, gözümdə yaş,
Ağlayıram zülüm-zülüm,
Çoxdan yanıb qurtarmışam,
Qalıbdır bir topa külüm.

Qüssə-qəmim qalaq-qalaq,
Fil də götürməz yükümü,
Nə varsa söyləyim sənə,
Gəl ol qəlbimin hakimi,
Köksünə qoyum başımı,
Al qoynuna körpə kimi,
Ruhumu cismimdən ayır,
Olum dağda duman kimi,
Sevgi cinayətsə əgər,
Cəzanı seç, ver hökümü,
Ya yaşayım, ya da ölüm,
Özün ver qərarı gülüm.

Əllərim qaldı havada,
Səndən əlini lstədim,
İki kəlmə danışmağa, 
 Sirin dilini istədim,
Bülbültək uçdum bağına,
Qönçə gülünü istədim,
Həsrətindəydim suyunun,
Təmiz gölünü istədim,
Yüz yol verdiyim suala, 
 Bircə “bəli”ni istədim,
Lal oldu ağzında dilin,
Könlündəkin mən nə bilim?

Iki kəlmə söz deməmiş,
Köks ötürüb çəkdin ahı,
Sən qəlbini açammırrsan,
Nədir şairin günahı?
Gecəm kədər zülmətində, 
 Görünmür aydın sabahı,
Bütün arzu, ümidlərin, 
Təkcə sən idin pənahı,
Qələmə qalıb ümidim,
Budur Çingizin silahı,
Yandırma eşq atəşinə,
Başın üstə gör Allahı,
Lalə, Nərgiz, Qərənfilim,
Mənim Süsənim, Sünbülüm…

02. 04. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net