Gültəkin

Sən demə, çox tikanlıymış budağın….
Süzgün baxış, gülüş,- amma gül təkin,
Dağ dayanmaz qarşısında, bu dağın,
Nə bilərdim, böylə olar Güldə ,- kin?!

Dərddəndir təməlim, dərdi çək önə,
Mizan-tərəzi yox, dərdi çəkə,- nə?
Yaradan bəxş edir dərdi, çəkənə…
Ki cismi alışsın, qalsın kül təkin.

Qoy eşitsin qanmayan da, qanan da,
Uyğun olar damardakı qan, – “and”a,
Gec olacaq, başa düşüb, qananda,
Çingiz deyir, gəl barışaq, Gültəkin…..

24.09. 2016.
Çingiz kürdəmirli.
www.kafiye.net