Lənət
Sənə rast gəldiyim uğursuz günün,
Ən əziz anının özünə lənət,
Sətir-sətir, misra-misra şeirimin,
Bütün yalanına, düzünə lənət !

Sevgi elə dərddi, yoxdu çarəsi,
Tək-tək olur mən kimi biçarəsi,
Çox şeirimin oldun “İlham Pərisi”,
Şirin gülüşünə, sözünə lənət!

İllər boyu mən yolunu gözlədim,
Yazdığım kitabı dərdlə üzlədim,
Fərağından nalə çəkdim, sızladım,
Ürəyimdə qalan izinə lənət !

Xəyali yollarmış keçib getdiyim,
Fərəhlə başlayıb, sonda bitdiyim,
Bircə dəfə ötəri seyr etdiyim,,
Məni, məndən alan gözünə lənət !

Milçəyi böyüdüb bir fil eylədin,
Çox üzdün Çingizi, xəcil eylədin,
Sönməz məşəl idim, sən kül eylədin,
Ocağımda qalan közünə lənət !

25. 03. 2017.
Çıngiz Kürdəmirli.
www.kafiye.net