Göyərçin

Göyərçin bir namə gətirdi mənə,
Oxuya bilmədim axıra qədər,
Dünyanın dərdini yetirdi mənə,
Bürüdü qəlbimi qüssə və kədər.

Tuş gəlibmiş qarğışına Fələyin,
Ahından yandırıb neçə lələyin,
Duyub bu dövranın mənfur kələyin,
Anlayıb, – gəncliyi gedibdir hədər.

Məktubun hər sözü sanki bir oxdu,
Göz yaşı silibdir, bəzisi yoxdu,
Ax, bu zavallının dərdi nə çoxdu?!…
Başa düşən, öz canına qəsd edər.

Bu əzablar qismətin olmuş, neçin,
Tab gətirməz Məlikməmməd, nə də Cin,
Sənə necə kömək etsin Göyərçin?
Özü, gətirdiyi məktubdan betər…

Məhəbbət anlamı olubdur “boyat”,
Bezdirib Çingizi bu şablon həyat,
Hanı təmiz sevgi, saf mənəviyyat?…
Çoxu, izdivacdan xeyrini güdər.

Çingiz Kürdəmirli
www.kafiye.net