Geyin.

(3-cü kitabımdan)

Aşkarlıq başına gətirdi bəla,
Səni soyundurdu zəmanə, geyin.
Necə saldı bu qəribə xəyala ?
Təslim olma şərə, yamanə, geyin.

Ağzıaçıq qabdan pay uman olur,
Göz sataşır, ürək bədgüman olur,
Xaçpərəstlər dönür, müsəlman olur,
Sən də gəl bir dinə, imanə geyin.

Bilirəm, gün – gündən artır ehtiyac,
Kimi tox dolanır, kimi yarıac,
Lütlük də xaricdən olunur ixrac,
Düşməginən başqa gümanə, geyin.

Üşənmə, əynində paltar olanda,
Soyunmaq asandır, lazımi anda,
Nə çimərlikdəsən, nə də hamamda,
Əgər atılmırsan ümmanə, geyin.

Dəyişdirmə, Allah verən əzanı,
Yada sal, yaxşını, pisi yazanı,
Çəkəcəksən buna görə cəzanı,
Qısqanma tənini tumanə, geyin.

Aşkara çıxınca, gizli əzalar,
Lüğətdən silinir həya, namus, ar,
Bədən nə marketdi, nədə ki, bazar,
Reklam eyləyəsən umanə, geyin.

Öldürmə insanda sevgi həvəsin,
Başqa cürə tap dərdinin çarəsin,
Çaşdırıb, Çingizin “İlham pərisin”,
Salma gəl çiskinə, dumanə, geyin!

Çingiz Kürdəmirli.
www.kafiye.net