Kategoriler

Arşivler

Solmaz ŞİRVANLI Kategoriler

Tarih 17 Mar 2017 Kategori: Solmaz ŞİRVANLI

Vətənsiz!

Mən adi kəs deyiləm,
Qəlbi yanan şairəm,
Özümə məxsus deyil,
Vətənimə dairəm!

Tarih 17 Mar 2017 Kategori: Solmaz ŞİRVANLI

Men Adi Kes

Mən adi kəs deyiləm,
Qəlbi yanan şairəm,
Özümə məxsus deyil,
Vətənimə dairəm.

Tarih 14 Mar 2017 Kategori: Solmaz ŞİRVANLI

Ad günün mübarək!!

Sabah sənin ad günündür,
Olsun ay bacım mübarək!
Mən də bu əziz günündə,
Eyləyirəm bircə dilək!

Tarih 6 Mar 2017 Kategori: Solmaz ŞİRVANLI

Olum?

İstərsənmı ay Samirə,
Gəlim sənə sirdaş olum?
Bacı desən bacın olum,
Tənha qəlbə qardaş olum!?

Tarih 22 Şub 2017 Kategori: Solmaz ŞİRVANLI

Haqqımız ki,yox!

Vətən də bizimdi,el də bizimdi!
Kəklikli,turaclı çöl də bizimdi,
Sonalar uçuşan göl də bizimdi,
Susub dayanmağa haqqımız ki,yox!

Tarih 22 Şub 2017 Kategori: Solmaz ŞİRVANLI

Səninlə zirvəyəm,ucalan dağam

Ruhum da,cismim də uçub dalınca.
Mən bir heç olaram sənsiz qalınca,
Fələk məndən bir gün canı alınca,
Sənsiz bir heçəm mən,solan yarpağam,
Səninlə xoşbəxtəm,qəmdən uzağam!

Tarih 21 Şub 2017 Kategori: Solmaz ŞİRVANLI

Nəvə payı

Əcəldən danışma hələ tezdir,tez,
Yandırıb bağrımı gəl eyləmə köz,
Qalmaz ürəyində azacıq da döz,
Alarsan qucağa bir nəvə payı,

Tarih 21 Şub 2017 Kategori: Solmaz ŞİRVANLI

Vətən yağı əlində!

Vətəni darda qoyub getməyimiz yamandır,
Yaralı bülbül kimi ötməyimiz yamandır,
Ölmə hələ qardaşım,sən yaz-yarat amandır,
Ölmək vaxtı deyil ki,Vətən qalıbsa darda,
Yurdlarım param-parça,könül də intizarda!

Tarih 30 Oca 2017 Kategori: Solmaz ŞİRVANLI

Necə gizlədim?

Yamanca darıxdım,yaman özlədim,
Dediyin hər sözü mən də sözlədim,
İnan ki,bu gündə heç bir kəsi yox,
Bir səni,tək səni,səni gözlədim!!

Tarih 30 Oca 2017 Kategori: Solmaz ŞİRVANLI

Bu səhər!

Dağların döşündə duran dostlara,
Düşmənin boynunu qıran dostlara,
Yurdunda abadlıq quran dostlara,
Alqışlar deyirəm mən də bu səhər!