Necə gizlədim?

Yamanca darıxdım,yaman özlədim,
Dediyin hər sözü mən də sözlədim,
İnan ki,bu gündə heç bir kəsi yox,
Bir səni,tək səni,səni gözlədim!!
***
Dedim ki,gələrsən ey sevimli can,
Olarsan süfrəndə ən əziz insan,
Qar yağdı,yol bağlı,yox daha güman,
Baxaraq yollara səni izlədim!
****
Neyləyim yollarda qalıbdır gözüm,
Yazmağa,deməyə tükənib sözüm,
Məcburam hicrinə,zülmünə dözüm,
Səbrim də tükəndi necə gizlədim?
****
Solmazın gözləri qalıbdır yolda,
O səni seçibdir özünə dalda,
Arayır-axtarır, yamacda-yalda,
İnan kimsəni yox səni özlədim,
Sevgini qəlbimdə necə gizlədim?!

29-01-2017
Solmaz Şirvanlı
www.kafiye.net